Yoxa çıxan alpinistlərdən biri polis zabitidir - Fotolar + Yenilənib

Xəbər verdiyimiz kimi, ötən həftənin sonunda Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edər 3 alpinistimiz yoxa çıxıb.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədir.

“Qafqazinfo” həmin alpinistlər barədə araşdırma aparıb. Məlum olub ki, bu ilin fevral ayında alpinist Namin Bünyatov iki nəfər həmkarı ilə bərabər “Elbrus” zirvəsini fəth edib.

Fəridə Cəbrayılzadə isə həm də fotoqrafdır. O , Ötən il “Atlas Travel” təşkil etdiyi “Qış nağılı” fotomüsabiqəsində birinci yerə çıxıb.

Babur Hüseynov isə ötən il dekabr ayında Şahdağ massivində yerləşən “İlham” zirvəsinə (4042m) dostları ilə birgə yürüş edib. Həmin komanda 4 nəfərdən ibarət olub. Namin Bünyatov da yürüşdə iştirak edib. Şaxtalı hava şəraitinə baxmayaraq onlar zirvəyə çıxmağı bacarıblar.

10:24

***

“Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.

Bu barədə “Report”a klubdakı mənbə məlumat verib.

B.Hüseynovun polis leytenantı olduğu bildirilir.

Xatırladaq ki, dekabrın 26-da Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

Axtarışlar DSX, FHN, Ekologiya və təbii Sərvətlər Nazirliyi,i və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.

AzNews.az