Durub təzədən yazmağa da ehtiyac yoxdur ki, bu şəkil harda çəkilib. Bura, əlbəttə ki, Bakıdır, paytaxtımızın minlərlə məhəlləsindən biridir. Durub təzədən yazmağa da ehtiyac yoxdur ki, bu şəkil harda çəkilib. Bura, əlbəttə ki, Bakıdır, paytaxtımızın minlərlə məhəlləsindən biridir.

Günün fotosu: “Nazik “Kent“ çəkən eşşək...“

Durub təzədən yazmağa da ehtiyac yoxdur ki, bu şəkil harda çəkilib. Bura, əlbəttə ki, Bakıdır, paytaxtımızın minlərlə məhəlləsindən biridir.



Hündür mərtəbəli binanın qarşısındakı səkiyə yazılan yazının da nə demək olduğunu uzun-uzadı izah etməyə ehtiyac yoxdur. Bu, bir çağırışdır, "Kent" siqareti çəkən adama müraciət edirlər ki, çəkdiyi siqareti həyətə atmasın.

O adam hər kimdirsə, məhz bu blokda yaşayır və çəkdiyi siqaretin kötüyünü məhz şəkildə görünən həyətə atır. Çağırışı ona görə səkinin bu hissəsinə yazıblar ki, o, növbəti dəfə siqaret çəkmək üçün eyvana çıxıb aşağı baxanda o ifadəni görsün. Bu da məlum olur ki, qızıldan qiymətli sözləri asfaltın üzərinə yazan o yaşlı, sovet təhsili (bu, yazının kiril əlifbasıyla yazılmasından bəllidir), tərbiyəsi almış adam ümumi şəkildə həyətə siqaret atılmasına etiraz edibmiş. Bunu "bəsdi" sözü də göstərir.

Bax, bu, bizim ümumi yaşayış, şəhər mədəniyyətinə, şəhər qayda-qanunlarına riayət etmək qabiliyyətimizin şəklidir.

Minlərlə adam var ki, gərək, divarda "bura zibil atanın ölüsünə nəhlət!" şüarı oxusunlar, yoxsa zibillərini qarşılarına çıxan ilk divarın dibinə atıb gedəcəklər.

Əgər liftdə "Ay eşşək, liftdə siqaret çəkmə!" çağırışı yoxdursa, mütləq kimsə liftdə siqaret çəkəcək və ondan sonra düz bir saat liftdən tüstü çəkilməyəcək.

İndi nə edək, əlimizdə bir vedrə ağ boya, divarı, asfaltı, lifti, bloku bu kimi şüarlarla bəzəyə-bəzəyə gəzək?