- Köhnə - Günün fotosu
- 9 Fevral 2015 15:30
- 17 064
Mərasimə biabırçı paltarlarla gələn məşhurlar - FOTOLAR
Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində ən nüfuzlu musiqi mükafatı olan "Qremmi"nin 57-ci təqdimetmə mərasimi baş tutub.
AzNews.az xəbər verir ki, musiqi mükafatı mərasimi olsa da, bu gecədə adətən məşhurların geyimləri diqqət mərkəzində olur. Hətta mərasimin "ən gözəl geyimli", "ən pis geyimli" ulduzları da seçilir. "Elle" jurnalı "Qremmi" mükafatının 57-ci təqdimetmə mərasiminin "ən pis geyimlər"ini seçib.Madonna


Pop musiqisinin kraliçası sayılan Madonna siyahıda birincidir. Müğənninin dress-kodu matador geyiminə bənzədilib.Jurnal Madonnanın Givenchy-dən olan paltarının alt hissəsinin çatışmadığını qeyd edib.
Rihanna

Rihanna qırmızı xalçada ən son anda göründü. "Elle" jurnalı gənc müğənninin gecikmə səbəbinin anlaşılan olduğunu yazıb: "Əminik ki, o, bu çəhrayı Giambattista Valli paltarında güclə hərəkət etdiyi üçün gecikib. Rihanna bu paltarda Barbidən olan toy tortuna bənzəyib".
Kim Qardaşyan

Kim Qardaşyanın paltarı dəbdəbəli xalata bənzədilib. Ciblərinin üstünə tikilmiş bəzəklər isə həddən artıq ağır olduğundan ciblər aşağı tərəf əyilib. "Bu isə ona bənzəyir ki, sanki Qardaşyan klaç götürmək istəməyib və lazım olan bütün əşyalarını ciblərinə dolurub".
Coy Villa

Coy Villa adlı müğənninin adını eşitmişdiniz? Elə biz də eşitməmişdik. Amma bu səhər o, məşhur müğənni kimi oyanıb. Düzdü, o, öz səsi ilə deyil, narıncı rəngli plastik çərçivəli tamamilə şəffaf paltarı ilə məşhurlaşıb. Bu geyim ona ən pis obrazlar siyahısında bütün reytinqləri qırmağa kömək edib.
Ceyn Fonda

"Qızıl Qlobus" mərasimində Ceyn Fondanın necə gözəl görünməsi ilə bağlı mətbuatda xeyli yazılar dərc olunmuşdu. Lakin dünənki gecədə o, "ən pis"lər siyahısına daxil olub. 77 yaşlı Fondanın "günah"ı isə yaşıl və xəttli kombinzonla uzun milli qızılı sep və eyni rəngli ayaqqabı geyinməsi olub. "Bu geyim aktrisanı nağıllardakı elflərə bənzədib" – belə yazır "Elle" jurnalı.