Azərbaycan Xalq Cəbhəsi Partiyasının dünən keçirilən qurultayında Azərbaycanın bayrağı tərsinə asılıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının dünən keçirilən qurultayında Azərbaycanın bayrağı tərsinə asılıb.

Cəbhəçilərdən Azərbaycan bayrağına hörmətsizlik - FOTOFAKT

Azərbaycan Xalq Cəbhəsi Partiyasının dünən keçirilən qurultayında Azərbaycanın bayrağı tərsinə asılıb.



AzNews.az xəbər verir ki, qurultaydan çəkilən fotolardan bunu aydın görmək olur.

Bildirək ki, 20 oktyabr 2013-cü ildə Nazirlər Kabineti 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"nda dəyişiklik edilib. Həmin dəyişikliyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.

Göründüyü kimi, AXCP-nin qurultayında asılan bayraqda isə mavi rəng sağdadır.
Bu isə onu göstərir ki, partiya rəhbərliyi ya, Azərbaycanın dövlət simvoluna- bayrağımıza hörmət qoymur, ya da qanunvericiliyimizdə baş verən dəyişiklikdən xəbərləri yoxdur.


Qeyd edək ki, AXCP-nin qurultayı dünən Tədbir Səttar Bəhlulzadə adına Mədəniyyət Evində baş tutub. Əli Kərimli yenidən sədr seçilib.

Azər
AzNews.az