- Köhnə - Hadisə
 - 10 Fevral 2016 10:12
 - 2 910
 
Gəncədə 32 yaşlı kişi özünü öldürdü
            Gəncədə intihar hadisəsi baş verib.
Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə fevralın 9-da qeydə alınıb. Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Taleh Qayıbov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
APA.az