Masallı rayonunda keçmiş məhkum oğuluq faktına görə saxlanılıb. Masallı rayonunda keçmiş məhkum oğuluq faktına görə saxlanılıb.

Masallıda uşaq bağçasından oğurluq edildi

Masallı rayonunda keçmiş məhkum oğuluq faktına görə saxlanılıb.


Bu barədə Masallı Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Anar Xəlilov məlumat verib. Onun sözlərinə görə, RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhər sakini, 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Tofiq Yavər oğlu Ağayev şübhəli şəxs qismində saxlanılıb. İlkin araşdırmalardan sonra müəyyənləşdirilib ki, T.Ağayev müxtəlif vaxtlarda gecə saatlarında Masallı şəhərinin Həzi Aslanov küçəsində yeni inşa olunmuş uşaq bağçasının pəncərəsindən qanunsuz daxil olaraq oradan müxtəlif adda tikinti və məişət avadanlıqları oğurlamaqla 3600 manat dəyərində maddi ziyan vurub.
Polis şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilərkən onun cibindən şəxsi istehlak miqdarından artıq çəkidə - 9, 741 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.