27 yaşlı gənc itkin düşdü - FOTO

Azərbaycanda 27 yaşlı gənc itkin düşüb.


AzNews.az xəbər verir ki, bu barədə ans press-ə onun yaxınları məlumat veriblər. Bərdə şəhərinin Nəriman Nərimanov küçəsində qeydiyyatda olan 1989-cu il təvəllüdlü Elşən Elçin oğlu Məmmədov mart ayının 26-da Bakıda NZS qəsəbəsindəki yenicə kirayə tutduğu evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun evdən çıxarkən əynində qara şalvar, tünd göy gödəkcə, qara ayaqqabı olub. Ailə üzvlərinin sözlərinə görə, itkin düşən Elçin subay olub və onun boyu 1.65 sm-dir.

Onu görənlərdən, yaxud haqqında hər hansı məlumatı olanlardan 050- 367- 62- 64 telefon nömrələrinə, yaxud Xətai Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Hazırda adıçəkilən idarənin əməkdaşları da 27 yaşlı Elçinin axtarışları ilə məşğuldur.

Elçinin qardaşı onu da əlavə etdi ki, 27 yaşlı gənc əsəb xəstəliyindən əziyyət çəkirmiş və kimliyi hələlik bilinməyən şəxslərdən qaçırmış.