Ramil Usubovu Pakistanda köhnə “mercedes”ə mindirdilər - FOTO

Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Pakistanın prezidentinin təşəbbüsü ilə İslamabad şəhərində keçirilən "Nazirlər səviyyəsində narkotiklərlə mübarizə üzrə regional konfransda iştirak edib. Bu barədə AzNews.az-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Konfransda Azərbaycan ilə yanaşı, Pakistan, Türkiyə, İran, Əfqanıstan, Çin, Hindistan, Rusiya, Mərkəzi Asiya ölkələrinin daxilli işlər nazirləri və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparan müvafiq qurumların rəhbərləri və təmsilçiləri də iştirak ediblər. Forumda çıxış edən nazir R.Usubov Azərbaycanda narkotiklərin qaçaqmalçılığı ilə aparılan mübarizə və əldə edilmiş nailiyyətlərdən danışıb.

Qeyd edək ki, səfər zamanı azərbaycanlı nazirə ayrılan xidməti avtomobil diqqəti çəkib. Belə ki, həmin avtomobil Mersedes-Benz S-class modelinin ilk buraxılışı olub. Azərbaycanda "şessot" kimi tanınan bu avtomobilin orta bazar qiyməti hazırda 10 min dollar təşkil edir.

Elnur Əzimov
AzNews.az
image description image description