Sumqayıtda ağır qəza - Ölən var (Video)

Axşam saat 20:00 radələrində Bakı-Quba yolunun 44 kilometrliyində, Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində piyada ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.


Naməlum avtomobilin vurub öldürdüyü piyadanın şəxsiyyəti artıq dəqiqləşib. Fəyyar İlyasovun verdiyi məlumata görə, bu Sumqayıtın Şirvan yaşayış massivində yaşayan, 79 yaşlı Əlişirin Xudaşirin oğlu Qasımovdur. Onu vurub hadisə yerindən qaçmış sürücünün axtarışı davam edir.

Naməlum avtomaşınla piyada vurulub və o aldığı xəsarətdən yerindəcə keçinib.

Hadisə yerində işləyən Baş Dövlət Yol Polisi Idairəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı Fəyyar İlyasov hazırda piyadanın ölümünə səbəb olan avtomobilin sürücüsünün tutulub istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirlərinin davam etdirildiyini qeyd edib.

Həmçinin dünyasını dəyişmiş piyadanın şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

ans press