76 yaşlı qadının qətli ilə bağlı DİN-dən - Açıqlama

Bakıda 76 yaşlı qadını amansızlıqla qətlə yetirən şəxslər tutulublar.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 21-də Bakı şəhər sakini – 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilən xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun, qonşusu Vüsal İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədi ilə qətlə yetirilməsi müəyyən edilən və onlar tutulublar.

V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu və qızıl əşyaları təhvil veriblər.