Daxili İşlər Nazirliyi Səbail rayonu ərazisində yerləşən “Bulaq” restoranındakı silahlı insident barədə məlumat yayıb. Daxili İşlər Nazirliyi Səbail rayonu ərazisində yerləşən “Bulaq” restoranındakı silahlı insident barədə məlumat yayıb.

Restorandakı güllələnmə ilə bağlı - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi Səbail rayonu ərazisində yerləşən “Bulaq” restoranındakı silahlı insident barədə məlumat yayıb.


AzNews.az xəbər verir ki, Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 21-də paytaxtın Səbail rayonu ərazisində Bakı şəhər sakinləri Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirən paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub, hadisə zamanı istifadə edilən "Revolver" tipli tapança və 5 ədəd patron götürülüb.

Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci, 221-ci və 228-ci maddələri ilə cinayət işi başlanıb.