- Köhnə - Hadisə
- 4 May 2016 17:38
- 2 817
“Mercedes” “Baku Bus”a çırpıldı - Fotolar

Bu gün Bakıda minik avtomobili “Baku Bus”la toqquşub.
AzNews.az-ın məlumatına görə, bu barədə jurnalist İlqar Qulusoy məlumat verib. Onun sözlərinə görə, hadisə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili "Bakubus"un 6 saylı marşrut üzrə hərəkət edən 99 JH 199 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılıb.
Nəticədə xəsarət alan olmasa da, minik avtomobilinə ziyan dəyib.

