- Köhnə - Hadisə
- 11 İyun 2016 17:04
- 4 054
Samuxda bədbəxt hadisə - 1 nəfər öldü
İyunun 10-da Samux rayonunun Qarayeri qəsəbəsində bədbəxt hadisə baş verib.
AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəsəbə sakini Kamil İlyasov at arabası ilə Qoşqar çayını keçərkən araba aşıb və o, çaya düşərək boğulub. Meyit sudan çıxarılıb və araşdırma aparılır.