- Köhnə - Hadisə
- 1 İyul 2016 10:37
- 7 883
Direktor işdən çıxarıldı - Müəllimlərin etirazı...

İsmət Qayıbov adına Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Fəyaz Məmmədov işdən çıxarılıb.
AzNews.az-a daxil olan məlumata görə, məktəbin müəllim kollektivi Fəyaz Məmmədovun işdən çıxarılmasına etiraz etsə də, istəklərinə nail olmayıblar.
Məlumatı Sumqayıt şəhər Təhsil Şöbəsindən AzNews.az-a təsdiqləyiblər. Şöbədən verilən məlumata görə, Fəyaz Məmmədov öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Onu məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Atakişiyeva əvəz edəcək.
Bahar RÜSTƏMLİ