Bakının Xəzər rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib. Bakının Xəzər rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

Bakıda ana və qızını maşın vurdu - Ana öldü

Bakının Xəzər rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.


Pirşağı qəsəbəsində hərəkətdə olan Renault markalı avtomobil qızı ilə yolu keçmək 57 yaşlı Zöhrə Əhmədovanın vurub. Nəticədə ana ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Zöhrə Əhmədovanın xəsarətləri ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisə yerində polis əməkdaşları müayinələr aparıb. Sürücü saxlanılıb. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəllənin 263.3 (anəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.


Musavat.com