Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Masallıda ağır qəza - 2 nəfər öldü

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 21-də saat 20 radələrində Masallı rayonunun Musaküçə kəndində şəhər sakini Cəfər Adamzadənin idarə etdiyi "İJ 27175" markalı avtomobillə rayon sakini Xalid Eyvazovun idarə etdiyi motosiklet toqquşub.

Nəticədə X.Eyvazov və sərnişini Nizami Hilalov hadisə yerində ölmüş, C.Adamzadəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.