- Köhnə - Hadisə
- 27 Avqust 2016 12:15
- 3 488
5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Sumqayıt şəhərində 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 25-də Sumqayıt şəhərində 4 yaşlı Cavid Əlizadə evlərinin eyvanından (5-ci mərtəbədən) yıxılaraq 3-cü mərtəbədəki paltar sərilən zivəyə ilişərək asılı qalıb.
Uşaq xilas edilərək xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.