“Bomj“ yandırıldı - FOTO

Moskvada neçə vaxtdır, konkret yaşayış yeri olmayan bomj yandırılıb. Lent.az-ın "Moskovskiy komsomolets" qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya paytaxtında sərgərdan həyat keçirən Yuri Yurenko adlı şəxs yandırılıb.

Yuri bir neçə ay əvvəl evindən qovulubmuş. Zavallı bir müddət binaların zirzəmisində yaşayıb, özü kimi "bomj"larla dostluq etməyə başlayıb. Yura xırda əlmuzdu müqabilində tez-tez ahıllara kömək edirmiş, onların ağır çantalarını mənzillərinə kimi daşıyırmış.

Soyuqlar düşəndən Yura zirzəmidən çıxaraq binanın bloklarında, pilləkənlərdə gecələyirmiş. Amma qonşular "bomj"un pilləkənlərdə gecələməsinin əleyhinə çıxıblar.

Nəhayət, iki gün əvvəl qonşulardan biri sözün həqiqi mənasında vəhşiliyə əl atıb. Pilləkəndə süfrə açıb yemək yeməyə hazırlaşan Yurenkoya yaxınlaşan qonşulardan biri onun üzərinə benzin töküb, kibriti yandıraraq ona tərəf atıb. Alov dərhal Yuranı bürüyüb. Digər qonşular alovu söndürməyə çalışsalar da, gec olub…

AzNews.az
image description