Ana isə zəhərləndi Ana isə zəhərləndi

Azyaşlı uşaq dəm qazından öldü

Ana isə zəhərləndi



Bakıda dəm qazı ailə faciəsinə səbəb olub. Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsi, Fin evi küçəsi, ev 76 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayanlar - 25 yaşlı Aynur Mehman qızı Baxşıyeva və onun azyaşlı qızı Zəhra hamamda çimərkən dəm qazından zəhərləniblər.

Onlar təcilli olaraq xəstəxanaya çatdırılsalar da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Ananın vəziyyəti isə ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

AzNews.az