Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin qəzaya düşməsinə səbəb texniki nasazlıq və ya idarəetmədə səhvə yol verildiyi ehtimal olunur. Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin qəzaya düşməsinə səbəb texniki nasazlıq və ya idarəetmədə səhvə yol verildiyi ehtimal olunur.

Rus hərbi təyyarəsinin Qara dənizə düşməsinə səbəb - Terrordumu?

Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin qəzaya düşməsinə səbəb texniki nasazlıq və ya idarəetmədə səhvə yol verildiyi ehtimal olunur.


AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Federasiya şurasının müdafiə və təhlükəsizlik üzrə komitə sədri Viktor Ozerov bildirib ki, terror aktı versiyası istisnadır:

"Təyyarə Rusiya Federasiyasının hava məkanında qəzaya düşüb. Bu səbəbdən qəzaya səbəb terror aktı ola bilməz. Qara dənizin üzərindən uçarkən təyyarə manevri düzgün yerinə yetirə bilməyib və dənizə düşüb" - deyə Ozerov bildirib.

Qeyd edək ki, Suriyanın Latakiya bölgəsinə uçan təyyarədə 91 nəfər olub. Onlar arasında hərbi qulluqçularla yanaşı, Rusiyanın Xmeymim hərbi bazasına konsert üçün uçan Aleksandrov qrupunun musiqiçiləri və Rusiyanın Birinci və Zvezda kanalının jurnalistləri də var.