YAP-çı millət vəkili Aydın Mirzəzadəyə məxsus maşının törətdiyi qəzanın təfərrütları məlum olub. YAP-çı millət vəkili Aydın Mirzəzadəyə məxsus maşının törətdiyi qəzanın təfərrütları məlum olub.

Aydın Mirzəzadə qəza törətdi - 1 nəfər öldü-EKSKLÜZIV- YENİLƏNİB

YAP-çı millət vəkili Aydın Mirzəzadəyə məxsus maşının törətdiyi qəzanın təfərrütları məlum olub.



Belə ki, qəza törədən 10 TD 199 dövlət nömrə nişanlı, "Honda Accord" markalı maşında sükan arxasında millət vəkilinin sürücüsü olub. Hadisə baş verdikdən sonra millət vəkilinin yanındakı şəxslərin, o cümlədən millət vəkili Elman Məmmədovun səfəri yarımçıq qoyaraq, Bakıya qayıtdığı xəbər verilir.

A.Mirzəzadə isə hadisə yerində qalaraq yol polisi əməkdaşlarını gözləyib.

Hadisəni millət vəkili Elman Məmmədov AzNews.az-ın əməkdaşı ilə söhbətində təsdiqləyib.


***
10:43
Millət vəkili Aydn Mirzəzadə yol qəzası törədib. AzNews.az-a daxil olan məlumata görə, Bakı-Astara yolunun 72-ci km-də (Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində) yolu keçmək istəyən piyada qadını vurub. Bu zaman A.Mirzəzadənin yanında millət vəkili Elman Məmmədov da olub.

Azər
AzNews.az