- Köhnə - Hadisə
- 27 Dekabr 2016 13:08
- 2 907
Satıcı mağaza sahibinə qarşı dələduzluq etdi - 54 min manatlıq
Bakıda satıcı mağaza sahibinə qarşı 54 531 manatlıq dələduzluq edib.
"Report"un xəbərinə görə, bu barədə Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Abbasov Tarıyel Xurşud oğlu Nərimanov Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq məlumat verib.
Belə ki, Ceyhun Hacıbəyli küçəsi 176-da yerləşən T.Abbasova məxsus mağazada 1976-cı il təvəllüdlü Eldar Rüstəmov 54 531 manat dəyərində istilik sistemlərini sataraq pulunu mənimsəyib.
Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
AzNews.az