Rayonun küçələrində motosikletli polis əməkdaşları patrul həyata keçirirlər Rayonun küçələrində motosikletli polis əməkdaşları patrul həyata keçirirlər

Qəbələdə təhlükəsizlik tədbirləri gücləndirilib

Rayonun küçələrində motosikletli polis əməkdaşları patrul həyata keçirirlər



İsmayıllı üsyanı ilə əlaqədar ətraf rayonlarda da təhlükəsizlik tədbirləri gücləndirilib. Musavat.com-un bölgəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Qəbələnin küçələrində motosikletli polis əməkdaşları patrul həyata keçirirlər.

Yerli sakinlər əməkdaşımıza bildiriblər ki, bu, İsmayıllı olaylarından sonra Qəbələdə vahimə yaratmaq, əhaliyə qorxuya salmaq məqsədi daşıyır.

Qeyd edək ki, sosial şəbəkələrdə ötən gecə Göyçayda da maskalı və silahlı polislərin göründüyü barədə məlumatlar yayılıb.