Masallı rayonunda orta məktəb şagirdi idman edən zaman ağır xəsarət alıb. Masallı rayonunda orta məktəb şagirdi idman edən zaman ağır xəsarət alıb.

Şagird idman dərsində ağır xəsarət aldı

Masallı rayonunda orta məktəb şagirdi idman edən zaman ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə bu gün günorta saatlarında Digah kənd orta məktəbində qeydə alınıb.

Məktəbin şagirdi, 2001-ci il təvəllüdlü Fərmanov Əkbər Elman oğlu idman zalında idman edərkən yıxılıb.

Xəsarət alan şagird Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Vəziyyətinin ağır olduğu bildirilir.

AzNews.az