Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonundan “Sədərək” ticarət mərkəzinə gedən magistral yolda zəncirvari qəza baş verib. Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonundan “Sədərək” ticarət mərkəzinə gedən magistral yolda zəncirvari qəza baş verib.

Bakıda magistral yolda zəncirvari qəza - 3 nəfər ağır yaralandı

Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonundan “Sədərək” ticarət mərkəzinə gedən magistral yolda zəncirvari qəza baş verib.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin müstəntiqi Yanar Əliyevin salamnews-a verdiyi məlumata görə, qəza zamanı altı avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər - 50 yaşlı Füzuli Mərdanov, 60 yaşlı Mahir Zeynalov və 43 yaşlı Anar Hüseynov xəsarət alıblar və təcili tibbi yardım maşını ilə 1 nömrəli xəstəxanaya gətiriliblər. Hər üç yaralı kəllə beyin travması alıb, vəziyyətləri orta-ağır hesab olunur.

Faktla əlaqədar Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Hadisə səhər saatlarında baş verdiyindən yolda tıxac yaranıb.