- Köhnə - Hadisə
- 28 Yanvar 2017 13:03
- 3 915
Bərdə sakini özünü güllələdi

Bərdə sakini özünü güllələyib.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 27-də Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazidəki fermada işləyən Bərdə rayon sakini Zahid Əliyev ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən başından xəsarət alıb və hadisə yerində ölüb.
Laçın RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-16" markalı tüfəng götürülüb.
Araşdırma aparılır.