Cəlilabadda ağır yol qəzası - Yenilənib

Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 5 nəfərin adı məlum olub.

"Report"un Aran bürosunun məlumatına görə, rayon sakini, 1961-ci il təvəllüdlü Telman Adilağa oğlu Rəfiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və1981-ci il təvəllüdlü Azər Əvəzağa oğlu Feyziyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü A.Feyziyev və onun sərnişini Mütəllim Türbət oğlu Əsədov, "VAZ-2107"də olan sərnişinlər - Elman Telman oğlu Rəfiyev, Elxan Telman oğlu Rəfiyev və Elçin Qubad oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

16:07

Cəlilabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun Andrevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “Mersedes” markalı iki avtomobil toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az