Binəqədidə anbar yandı

Binəqədi rayonunda anbarda yanğın olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 m² olan anbarın içərisinə yığılmış mebellər 100 m² sahədə yanıb. Anbarın içərisinə yığılmış mebellərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.