Şəmkir rayonunda bədbəxt hadisə baş verib. Şəmkir rayonunda bədbəxt hadisə baş verib.

Maşın kanala aşdı - Sürücü öldü

Şəmkir rayonunda bədbəxt hadisə baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Aşağı Seyfəli kəndində “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək kanala düşüb.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Abbasov Fəxrəddin Abbas oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.