- Köhnə - Hadisə
- 4 Mart 2017 11:43
- 4 764
Bakıda ev külə döndü - Sahibi yanaraq öldü

Bakıda ev sahibi ilə birlikdə yanıb.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 3-də saat 08 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan Fuad Mirzəyevin evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb. Yanğın söndürüldükdən sonra sahibin yanmış meyiti mənzildən tapılıb.
Faktla bağlı araşdırma aparılır.