Ələt-Astara yolunda, Salyan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib Ələt-Astara yolunda, Salyan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

Sərnişin avtobusu aşıb

Ələt-Astara yolunda, Salyan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib




Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Salyan rayonunun Dayıkənd kəndi yaxınlığında, "İkarus" markalı sərnişin avtobusu "VAZ 21015" markalı avtomobillə toqquşub. Daha sonra avtobus yoldan çıxaraq ağaca çırpılıb və aşıb.

Hadisə nəticəsində minik avtomobilində olan 4 nəfər və avtobusun sürücüsü xəsarət alıb. Sərnişin avtobusunun ticarət mərkəzlərindən birindən rayona yük daşıdığı və içərisində sərnişinlərin az olduğu bildirilir.

Faktla əlaqədar araşdırmalar aparılır, ekspertiza təyin edilib.