Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb. Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bakının mərkəzində bina yandı - Yenilənib + Foto

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yasamal rayonu Süleyman Tağızadə küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında qeydə alınan yanğın nəticəsində xəsarət alan olmayıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

***

15:24

Bakının mərkəzində ikimərtəbəli yaşayış binasında yanğın başlayıb.

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın paytaxtın Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsində - "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyətinin (MUM) binasının yaxınlığında baş verib.

Hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb edilib. Hələlik alovun qarşısını ala bilməyiblər. Yanğın davam edir.

image description image description image description