- Köhnə - Hadisə
- 11 Aprel 2017 09:40
- 5 158
36 yaşlı kişi özünü öldürdü - Bakıda

Bakıda intihar hadisəsi baş verib.
Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə Suraxanı rayonunun Bahar qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Abdullayev Vüqar Vaqif oğlu özünü yaşadığı evdə asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.
AzNews.az