- Köhnə - Hadisə
- 2 May 2017 10:00
- 3 963
Tələbə qızlar arasında dava - Polisə yalan danışdı
Bakıda tələbə qızlar arasında dava olub.
"Report"a istinadən bildirir ki, hadisə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş verib.
Belə ki, universitetin tələbəsi, 1997-ci il təvəllüdlü Səfərova Bəsti Bədəl qızı rəfiqəsi ilə dava edib. Nəticədə B.Səfərova xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
B.Səfərova polisə ilkin ifadəsində universitetdə yıxıldığını bildirib. Lakin Nərimanov Rayon Polis İdarəsi tərəfindən aparılan araşdırma zamanı B.Səfərovanın rəfiqəsi ilə əlbəyaxa dava etdiyi məlum olub.
AzNews.az