Avtomobil su arxına aşdı - Yaralananlar var

Ağdaş rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş-Ləki-Qaraoğlan avtomobil yolunda qeydə alınıb.

“VAZ 2115” markalı minik avtomobilinin yoldan çıxaraq su arxına aşması nəticəsində rayonun Aşağı Ləki kənd sakinləri, 1989-cu il təvəllüdlü Mahmudov Dilqəm Tarıyel oğlu və 1990-cı il təvəllüdlü Aşurov Elşad İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az