45 yaşlı qadın əri tərəfindən bıçaqlandı

Lənkəranda 45 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini 1972-ci il təvəllüdlü Hüseynova Pərvanə bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Hazırda yaralı əməliyyata götürülüb. Hadisəni onun həyat yoldaşı törətdiyi bildirilir.

Fakt araşdırılır.

AzNews.az