Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

12 yaşlı uşağı avtomobil vurdu

Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş şəhərinin Müşfiq İsayev küçəsində qeydə alınıb. Şəhərin Hüsü Hacıyev küçəsindəki 2 saylı mənzildə yaşayan 2005-ci il təvəllüdlü Nəbiyev Xəyal Elsevər oğlu yolu keçərkən “VAZ 21015” markalı minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Xəyal Nəbiyev Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az