Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl küçədən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Yağmurda (ad şərtidir-red.) cinsi zorakılığa sövq olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib. Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl küçədən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Yağmurda (ad şərtidir-red.) cinsi zorakılığa sövq olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

"Uşağın gözündə, sağ kürəyində qançırlar və sıyırıqlar aşkar edilib"- Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl küçədən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Yağmurda (ad şərtidir-red.) cinsi zorakılığa sövq olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

AzNews.az-ın məsələylə bağlı sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadənin bildirdiyinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Uşağın saxlandığı mərkəzdən edilən müraciət əsasında Binəqədi RPİ-nin təhqiqat şöbəsi tərəfindən təhqiqat aparılıb. Məlum olub ki, bu uşağın 5 yox, 3 yaşı var. Azyaşlının anasından, anasının qeyri-rəsmi yaşadığı şəxsdən və kirayədə yaşadığı ev sahiblərindən izahatlar alınıb. Təhqiqat zamanı uşağın tüfeyli həyat tərzi keçirən, spirtli içki qəbul edən anası tərəfindən döyüldüyü müəyyən edilib. Uşaq aldığı xəsarətlərin dərəcəsinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizadan keçirilib. Ekspertizanın rəyində qızın sol gözünün altında, sağ kürəyində yaranmış qançır və sıyrıntıların sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarətlərə aid olduğu da qeyd olunub.”

Araşdırma zamanı toplanan materiallar hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib.

Bahar RÜSTƏMLİ

AzNews.az