Cəlilabadda iki avtomobil toqquşub. Cəlilabadda iki avtomobil toqquşub.

İki avtomobili toqquşdu - Bir nəfər ağır yaralandı

Cəlilabadda iki avtomobil toqquşub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt –Astara yolunda Cəlilabad Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.

“VAZ-2106” markalı minik avtomobili ilə ”Mercedes “markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ-2106”-nın sərnişini, Cəlilabadın Muğanlı kənd sakini 1995-ci il təvəllüdlü Əmənov Elmar Əlövsət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E. Əmənovun vəziyyətinin ağır olduğu bildirilir.

Fakt bağlı araşdırma aparılır.

AzNews.az