Türkiyə –Suriya qapısında partlayış: 12 nəfər həlak oldu


Türkiyənin Hataya bölgəsinin Reyhanlı rayonunun Cilvəgözü sərhəd-keçid məntəqəsində şəxsi heyətin yerləşdiyi ərazinin yaxınlığında Suriya nömrə nişanlı yük avtomobilində partlama baş verib.

Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, Partlayış nəticəsində 12 nəfər həlak ölüb, 50-dən artıq adam yaralanıb, onlardan 13-ün vəziyyəti ağırdır.

AzNews.az