Hirkan Milli Parkında baş verən yanğın söndürülür. Hirkan Milli Parkında baş verən yanğın söndürülür.

Hirkanda baş verən yanğın söndürülür

Hirkan Milli Parkında baş verən yanğın söndürülür.

AzNews.az Report-a istinadən xəbər verir ki, yanğın Lənkəran rayonu ərazisində Lənkəran-Lerik yolunun 19-20-ci kilometrliyindəki meşə massivində qeydə alınıb.

Bu ərazi Lənkəran və Lerik rayonlarının inzibati sərhədinə yaxın meşə sahəsidir. Yanğın barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verilib.

Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.