Göyçayda yol nəqliyyat hadisəsi baş verib. Göyçayda yol nəqliyyat hadisəsi baş verib.

Göyçayda motosiklet və “KAMAZ” toqquşub, bir nəfər ağır xəsarət alıb

Göyçayda yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Kürdəmiş kənd sakini, 1966-cı il təvəllüdlü Fətullayev Zülfüqar Məmməd oğlu idarə etdiyi motosiklet qarşı tərəfdən gələn “KAMAZ” markalı yük avtomobilinə çırpıb. Hadisə zamanı motosikletin sürücüsü Z.Fətullayev müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.