Lənkəranda batmaq üzrə olan şəxs xilas edildi

Lənkəranda bir nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

AzNews.az FHN-nə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.