- Köhnə - Hadisə
- 21 Avqust 2017 20:55
- 2 833
Gəncədə intiharın qarşısı alındı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Nizami rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə beşmərtəbəli binanın 5-ci mərtəbəsinin damına çıxması barədə məlumat daxil olub.
AzNews.az FHN-nə istinadən xəbər verir ki, dərhal hadisə yerinə Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb, vətəndaş aidiyyəti üzrə təhvil verilib.