Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

14 yaşlı oğlanı avtomobil vurdu

Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18.00 radələrində Bakı-Şamaxı avtomobil yolunun 118-ci kilometrliyində Muğanlı kəndi ərazisində baş verib. “VAZ 2106” markalı minik avtomobili yolu keçən 14 yaşlı oğlanı vurub. Sürücü yaralını öz avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına apararkən, o yolda dünyasını dəyişib. Ölən yeniyetmənin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

AzNews.az