Goranboy rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb. Goranboy rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

Goranboyda yol qəzasında xəsarət alan şəxs ölüb

Goranboy rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun Borsunlu qəsəbəsində "Mercedes" markalı avtomobil idarəetməni itirərək irəlidə gedən "Shacman" markalı yük maşınına çırpılıb. Nəticədə "Mercedes"də olan sərnişin, Yevlax rayonunun Tanrıqulular kənd sakini, 1974-cü il təvəllüdlü Hüseyn Əmrah oğlu Mehdiyev ağır kəllə-beyin travması alaraq Mingəçevir Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. O, bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.