Şirvan şəhərində evdən pul və qızıl oğurlayan şəxsin ev sahibəsinin bacısı olduğu müəyyən edilib. Şirvan şəhərində evdən pul və qızıl oğurlayan şəxsin ev sahibəsinin bacısı olduğu müəyyən edilib.

Bacısının evindən oğurluq etdi - 800 manat pul, qızıl

Şirvan şəhərində evdən pul və qızıl oğurlayan şəxsin ev sahibəsinin bacısı olduğu müəyyən edilib.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Belə ki, dekabrın 14-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Şirvan şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar həmin ünvana gələn Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları müvafiq araşdırmalar aparıblar. Məlum olub ki, mənzildən 800 manat pul və 3 240 manat dəyərində qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhələr ev sahibəsinin bacısının üzərində cəmlənib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə Aytəkin Əmirova Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.