- Köhnə - Hadisə
- 28 Fevral 2013 15:43
- 1 530
Bakıda 2 qız itkin düşüb
Bakı şəhərinin Suraxanı rayonu ərazisində 2 qız itkin düşüb
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1993-cü il təvəllüdlü Sərxanova Rəhimə Nurağa qızının itkin düşməsi barədə 32-ci polis Bölməsinə məlumat daxil olub. 20 yaşlı qızın anası polisə müraciət edərək qızının itkin düşdüyünü deyib.
1999-cu il təvəllüdlü V.Ə-nin itkin düşməsi barədə isə Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinə müraciət edilib. Yeniyetmə qızın dayısı bildirib ki, V.Ə-dən 2 gündür ki, xəbər yoxdur.
İlkin araşdırmalarla müəyyən edilib ki, R.Sərxanova ailə qurmaq məqsədi ilə sevdiyi şəxslə qaçıb.
Hazırda hər iki müraciət əsasında müvafiq tədbirlər görülür.
AzNews.az