- Köhnə - Hadisə
- 10 Yanvar 2018 22:23
- 2 637
Şəmkirdə 8 otaqlı ev yandı

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Şəmkir rayonu, Sabirkənd kəndində ümumi sahəsi 196 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 98 m2 sahədə və evə bitişik ümumi sahəsi 84 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.