- Köhnə - Hadisə
- 30 Yanvar 2018 11:26
- 3 587
Tbilisi metrosunda qəza - 7 yaralı

Tbilisidə metronun “Varketili” stansiyasında tavanın bir hissəsi çöküb.
AzNews.az APA-ya istinadən xəbər verir ki, Tbilisidə metronun “Varketili” stansiyasında tavanın bir hissəsinin çökməsi nəticəsində 7 nəfər xəsarət alıb. Stansiya bağlanıb.
Xəsarət alanlar xəstəxanalara yerləşdirilir.
Tbilisi meri Kaxa Kaladze vəziyyətlə tanış olmaq üçün metro stansiyanın olduğu əraziyə yollanıb.
Hadisə yerinə polis və xilasedicilər cəlb olunub. Hazırda sərnişinlər stansiyadan təxliyə olunur.
Qeyd edək ki, “Varketili” metro stansiyasının təmiri və yenidən qurulması ötən ilin sentyabrında başa çatıb.